Dünya

Gürcüstanda daha bir nəfər koronavirusdan öldü

Gürcüstanda daha bir nəfər koronavirusdan öldü

Gürcüstanda koronavirusdan ikinci ölüm halı qeydə alınıb.

Demokrat.az xəbər verir ki, həmin şəxs 81 yaşlı qadındır.

Bununla qonşu ölkədə COVID-19 infeksiyasından dünyasını dəyişənlərin sayı iki nəfərə çatıb.

Qeyd edək ki, ötən gün Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kəndinin 79 yaşlı sakini virusdan ölüb. Ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 170-ə çatıb.(report.az)

D
demokrat.az