Kriminal

Direktor hakim qarşısına çıxarılır — 11 nəfərə pul atıb

Direktor hakim qarşısına çıxarılır — 11 nəfərə pul atıb

"Azar-Tİ" MMC direktoru Ramaz Qazaxlının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Demokrat.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 6-na təyin edilib.

İttihama görə, Ramiz Qazaxlı bir mənzili bir neçə nəfərə satmaqda günahlandırılır.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan eidlib.

İş üzrə 11 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Dəyən ziyan 100 min manatdan çoxdur.

Qeyd edək ki, "Azar-Tİ" MMC tikinti şirkətidir.

Fariz Məlikli

Demokrat.az

D
demokrat.az