Kriminal

Dekan müavininin məhkəməsinin vaxtı AÇIQLANDI

Dekan müavininin məhkəməsinin vaxtı AÇIQLANDI

Gəncə Dövlət Universitetinin Pedaqoji fakultəsinin dekan müavini Yusifov Anar İdris oğlunun məhkəməsinin vaxtə açıqlanıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsindən Demokrat.az-a verilən məlumata görə, məhkəmənin hazırlıq iclası martın 31-nə təyin edilsə də, vaxt dəyişdirilib.

Buna səbəb Nazirlər Kabinetinin qərarı ilə qeyri iş gününün aprelin 4-dək uzadılmasıdır.

Bildirilib ki, Anar Yusifovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası aprelin 2-nə təyin edilib.

Cinayət işinə hakim Dadaş İmanovun sədrliyi ilə baxılacaq.

Anar Yusifovun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 312-ci (rüşvətvermə) maddələri ilə ittiham verilib.

Fariz Məlikli

Demokrat.az

D
demokrat.az