Kriminal

Təhsil şöbəsinin adından dələduzluq edənə cinayət işi açıldı

Təhsil şöbəsinin adından dələduzluq edənə cinayət işi açıldı

Göyçay rayonunda təhsil şöbəsinin adından dələduzluq edən şəxsə cinayət işi açılıb.

Demokrat.az-ın xəbərinə görə, rayon sakini Rahim Kərimovun barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.

Rahim Kərimovun cinayət işi araşdırılması üçün Göyçay rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Zəfər Quliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 31-nə təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində Göyçay rayon Təhsil şöbəsi tanınıb.

Fariz Məlikli

Demokrat.az

D
demokrat.az