Gündəm

Deputat: "Belə insanlar koronavirusdan daha təhlükəlidirlər"

Deputat: Belə insanlar koronavirusdan daha təhlükəlidirlər

“Desək ki, Azərbaycanın apteklərində spirt, qoruyucu maskalar yoxdur, həqiqəti təhrif etmiş olarıq. Var. Ehtiyatlar da kifayət qədərdir”.

Demokrat.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov qeyd edib ki, bəzi apteklərdə sui-istifadə hallarına yol verilirsə, cəza tədbirləri görülməlidir:

“Bütün işlər görülüb, amma nə desən ki, məsuliyyətsiz insanlar buna kölgə salırlar. Həmin insanlar vəziyyətdən istifadə edərək varlanmaq istəyirlər. Belə insanlar düşməndirlər, koronavirusdan daha təhlükəlidirlər”.

Demokrat.az

D
demokrat.az