Hadisə

Bakıya gələn 4 nəfər müayindən yayındı — Axtarışa verildi

Bakıya gələn 4 nəfər müayindən yayındı — Axtarışa verildi

Martın 23-də Naxçıvan-Bakı reysi ilə paytaxta gələn 4 nəfər təyin olunmuş zala gəlməyərək tibbi müayinədən yayınıblar.

Demokrat.az-ın "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, onların barəsində müvafiq cəza tədbirləri təyin olunmaqla axtarış elan edilib.

Təyyarədə xarici ölkələrdən, əsasən Türkiyədən gələn şəxslər olublar.

Qaydalara uyğun olaraq, xarici ölkələrdən gələn şəxslər 14-21 gün müddətinə karantinə alınır, onlar koronavirus infeksiyasına yoluxma faktının müəyyənləşdirilməsi üçün müayinədən keçirlər.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydaları pozan şəxslər barəsində cəza tədbirlərinin görüləcəyi elan edilib.

D
demokrat.az