Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Bakı küçələrində təxirəsalınmaz tədbirlər davam etdirilir.
Demokrat.az-ınxəbərinə görə,Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq, paytaxtda bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması üçün işlər görülür.
Belə ki, Bakının mərkəzi küçələri və prospektləri xüsusi nəqliyyat vasitələri iləvirus əleyhinə olan məhlullarla dezinfeksiya edilir.


