Türkiyədə koronavirus (COVID-19) infeksiyası səbəbindən ilk ölüm faktı qeydə alınıb.
Demokrat.azxəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ötən gün mətbuata açıqlamasında bildirib.
Nazir əlavə edib ki, virusdan dünyasını dəyişən şəxsin 89 yaşı olub. Həmin şəxs bu xəstəliyə Çin əsilli işçisindən yoluxub.
Qeyd edək ki, Türkiyədə son rəqəmlərə əsasən, virus daşıyıcısı kimi karantində müalicə olunanların sayı 51 nəfər artaraq 98-ə çatıb. (BAKU.WS )


