Gündəm

“Düşmən gözə görünmür...” — Elman Nəsirovdan AÇIQLAMA

“Düşmən gözə görünmür...” — Elman Nəsirovdan AÇIQLAMA

"Düşmən çox təhlükəlidir, gözə görünmür və hücumdadır".

Demokrat.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı Elman Nəsirov deyib.

O, bildirib ki, koronavirusla mübarizədə informasiya təhlükəsizliyi məsələsi olduqca aktualdır:

“Təklif edirəm ki, mobil telefon operatorları operativ olsunlar. Gün ərzində milyonlarla insan telefon zəngləri edirlər. Hər kəsin mobil telefonu var. Zəng gedəndə ilk 10-15 saniyədə koronavirusla bağlı lazımı informasiya öz əksini tapsın.

Həmçinin təklif edirəm ki, tibbi ləvazimatlarının ölkəmizə gətirilməsinə vergi və gömrük güzəştləri tətbiq edilsin".(Teleqraf.com)

D
demokrat.az