Şirvan Şəhər Kommunal Təsərrüfatı Birliyinin rəisi Aqil Vəliyevə qarşı irəli sürülən ittihamlar açıqlanıb.
Demokrat.az xəbər verir ki, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunan Aqil Vəliyevin barəsində Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 179.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə), 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 313-cü (vəzifə saxtakarlığı maddələri ilə ittiham elan edilib.
Şirvan Kommunal Kombinatı müəssisəsinin rəhbəri Vəliyev Aqil Rəhimdil oğlu korrupsiya cinayətlərində təqsirləndirilib.
Hazırda Aqil Vəliyevin barəsində olan cinayət işi üzrə istintaq davam edir.
Fariz Məlikli Demokrat.az


