Hadisə

Azərbaycanda keçmiş vəzifəli şəxs və həyat yoldaşı karantinə alındı — FOTO

Azərbaycanda keçmiş vəzifəli şəxs və həyat yoldaşı karantinə alındı — FOTO

Ağsu rayonundan iki nəfər koronavirusla bağlı karantinə götürülüb.

Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, Ağsu rayonunun Padar kənd sakini Umudov Əvəz Sabir oğlu bir müddət əvvəl həyat yoldaşını İrana müalicəyə aparıb.

Müalicədən qayıdarkən yoxlanış zamanı o və həyat yoldaşı müayinə məqsədilə karantinə alınıb.

Hazırda hər iki şəxsin karantində saxlanıldığı deyilir.

Xatırladaq ki, Ə.Umudov əvvəllər Padar kənd bələdiyəsinin sədri vəzifəsində çalışıb.

Demokrat.az

D
demokrat.az