Gündəm

Koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasında dezinfeksiya işləri aparılır

Koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasında dezinfeksiya işləri aparılır

“Koronavirus təhlükəsi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Azərbaycan Milli Kitabxanasında da müəyyən işlər həyata keçirilir”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Milli Kitabxanasından bildirilib.

Qeyd olunub ki, martın 8-də Milli Kitabxana tamamilə bağlanaraq tam şəkildə profilaktik dezinfeksiya tədbirləri həyata keçirilib:

“Hər gün bir neçə dəfə bütün zallarda, dəhlizlərdə, giriş qapılarında və sanitar qovşaqlarında dezinfeksiya işləri aparılır. Mədəniyyət Nazirliyinin müvafiq tapşırığına əsasən, martın 3-dən kitabxanada bütün kütləvi tədbirlərin keçirilməsi müəyyən vaxtadək təxirə salınıb. Milli Kitabxananın bağlanması barədə isə heç bir göstəriş verilməyib”.

D
demokrat.az