Hadisə

Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın söndürüldü — YENİLƏNİB+FOTO

Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın söndürüldü — YENİLƏNİB+FOTO

Mingəçevir şəhərində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 175 m2 olan birmərtəbəli orta məktəb binasının (xarici və arakəsmə divarları yüngül konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

00:14

Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı turist bazasında yanğın tam söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın zamanı xəsarət alan olmayıb.

***

8 mart, saat 23:44

Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı turist bazasında yanğın başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın bazanın keçmiş yeməkxanasında və Ağdam rayonunun 72 saylı orta məktəbinin köməkçi binası kimi istifadə olunan hissəsində baş verib.

Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.

Demokrat.az

D
demokrat.az