Hadisə

Lerikdə torpaq sürüşməsi baş verdi: ölən var — FOTO

Lerikdə torpaq sürüşməsi baş verdi: ölən var — FOTO

Martın 7-də Lerik rayonunda baş verən torpaq sürüşməsi nəticəsində yaşayış evi dağılıb.

"Report"un Cənub Mərkəzi xəbər verir ki, hadisə rayonun Çayrud kəndində qeydə alınıb.

***

Torpaq sürüşməsi nəticəsində kənd sakini Arif Əlirzayevə məxsus ev dağılıb. A.Əlirzayev uçqun altında qalaraq ölüb.

Ailənin daha iki üzvü isə xəsarət alıb.

Demokrat.az

D
demokrat.az