Xəbər verdiyimiz kimi, model Əsma Nurun "Bakı Xəbər" qəzetinə bürünərək verdiyi poz diqqət çəkib.
Demokrat.az-ın xəbərinə görə, adıçəkilən mətbu orqanın bu cür təbliğatı qəzetin rəhbərliyi tərəfindən xoş qarşılanıb. Belə ki, "Bakı Xəbər" qəzetinin baş redaktor müavini Samirə Səfərova, "Facebook" vasitəsilə bu addımı töhfə kimi qiymətləndirib. Həmçinin, qəzet adından "qürur duyuruq" ifadəsini işlədib:
"Qəzetimizin könüllü reklamına, görünür, bir xanım oxucumuz belə qoşulmaq istəyib. Srağagün Əsma Nur xanımın İnstaqram səhifısində bu reklam verilmışdı. Bu gün feysdə Manat səhifəsi verib.
Bizim “Bakı Xəbər” media qrupunun izləyiciləri arasında ən müxtəlif əhali kateqoriyalarının təmsilçilıri olduğunu bilirik və bununla qürur duyuruq. “Bakı Xəbər” hər əhali kateqoriyasından olan insanların zövqünü oxşamaq potensialına malikdir. Sıradan insanların da, alimin də, ziyalınln da, məmurun da, biznes adamlarının da, ilahi bəxşi olan özünün bəzi görkəm cizgilərini insanlara göstərməkdən zövq alanların da tələbatını ödəmək gücünə malikdir “Bakı Xəbər”.
Biz qürur duyur və könüllü reklamımıza öz bacarıqları sayəsində bu cür kreativ töhfə vermək istəyən xanım izləyicimizə təşəkkür edirik".



