Sosial

İlk dəfə deputat seçilənlərə döş nişanı verildi — FOTO

İlk dəfə deputat seçilənlərə döş nişanı verildi — FOTO

Bu gün Milli Məclisə seçkilərdə qalib gələn və ilk dəfə parlamentdə təmsil olunmaq şansı qazanan deputatlar ilə görüş keçirilib.

Demokrat.azxəbər verir ki, martın 5-də Konstitusiya Məhkəməsi VI çağırış Milli Məclisə keçirilən seçkilərin nəticələri 121 dairə üzrə təsdiq edilib.

Bundan sonra Milli Məclisin V çağırışında təmsil olunmamış, ilk dəfə seçilən deputatları parlamentə çağırılıb. Həmin deputatlara döş nişanlarının paylandığı bildirilib.

Qeyd edək ki, VI çağırış Milli Məclisin 42 üzvü ilk dəfə deputat adı qazanıb.

Demokrat.az

D
demokrat.az