Ağcabədi rayonunda yol qəzası baş verib.
Demokrat.az-ın xəbərinə görə, “KamAZ” markalı yük maşını “Mercedes” markalı avtomobillə toqquşub.
Avtomobilin sürücüsü Hüseyn Kazımov ağır bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Qeyd: H.Kazımov Ağdam rayonunun Novruzlu kənd icra nümayəndəsidir. (pravda.az)


