Dünya

Ərdoğan “S-400”ün istismar tarixini AÇIQLADI

Ərdoğan “S-400”ün istismar tarixini AÇIQLADI

S-400 zenit raket sistemlərinin yerləşdirilməsi aprel ayında başlayacaq.

Demokrat.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərlə açıqlamasında deyib.

"Müqaviləyə əsasən tədarükün böyük hissəsi həyata keçirilib. Komplekslər artıq Türkiyədədir. Aprel ayından başlayaraq onlar istismara veriləcək", Ərdoğan deyib.

Xatırladaq ki, ötən gün Türkiyə prezidenti Suriyanın İdlib bölgəsindəki vəziyyətin müzakirəsi üçün Rusiyaya səfər etmişdi.

D
demokrat.az