Dünya

Qazaxıstan Azərbaycan və İran gəmiləri üçün limanlarını bağladı

Qazaxıstan Azərbaycan və İran gəmiləri üçün limanlarını bağladı

Qazaxıstanın dəniz limanlarında Azərbaycandan və İrandan adamları və nəqliyyat vasitələrini daşıyan gəmilərin xidməti müvəqqəti olaraq dayandırılıb. Bu tədbir koronavirusun yayılması təhlükəsi ilə əlaqədardır, Sputnik-Kazakhstan məlumat yayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Qazaxıstan Sənaye Nazirliyi bildirib.

Xarici yük gəmilərinin ekipajlarına Aktau və Kurık limanlarına daxil olmaq qadağa edilib.

Görülən tədbirlər barədə məlumat Xəzəryanı dövlətlərin dəniz administrasiyalarının diqqətinə çatdırılacaq.

Bundan əlavə, martın 5-dən İran vətəndaşlarının Qazaxıstana girişi qadağan ediləcək. Bunu xarici işlər naziri Muxtar Tleuberdi bildirib.

Eyni zamanda Qazaxıstan hakimiyyəti martın 5-dən Nursultan-Bakı aviareysini ləğv edir, Almatıdan Bakıya reyslərin sayı beşdən birə, Aktau-Bakı aviareysi isə yeddidən birə endiriləcək.

D
demokrat.az