Siyasət

"Bu cür fikirlər Əli Kərimlinin başından zərbə almasının nəticəsi ola bilər" — Qüdrət Həsənquliyev

Bu cür fikirlər Əli Kərimlinin başından zərbə almasının nəticəsi ola bilər — Qüdrət Həsənquliyev

“Ermənipərəst bəzi Rusiya nümayəndələrinin bu tipli açıqlamalarına istinad edən Əli Kərimli anlamır ki, kim silah satdığı adama deyər ki, mən səni aldadıb köhnə silah satmışam”.

Demokrat.azxəbər verir ki, bunu V çağırış Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.

Q.Həsənquliyev bildirib ki, bu fikirləri bizim daxilimizdə gərginlik yaratmaq üçün Əli Kərimlilərin ağzına atırlar: “Bildiyimiz kimi Əli Kərimli 19 oktyabrda razılaşdırılmamış aksiya keçirməyə cəhd edərkən başından zərbə almışdı və dediyinə görə polisin “vanna otağında” da böyük stress yaşayıb. Bu cür fikirlər onun da nəticəsi ola bilər. Amma bir məsələyə də diqqət çəkmək istəyirəm: Kim bizə müasir silah satmaq istədi və biz almadıq. Qardaş Türkiyə bizə özüyeriyən artilleriya quğuları satmaq istəyirdi, amma həmin qurğunun mühərriki Almaniyada istehsal olunduğundan Almaniya həmin silahın bizə satışını qadağan etdi. ABŞ heç NATO üzrə müttəfiq olan Türkiyəyə müasir “Patriot” hava hücumundan müdafiə sistemlərini satmadı. Türkiyə həmin silahın anoloqu olan S400-ləri Rusiyadan almağa məcbur oldu. Əlbəttə Rusiya özünün hərbi-siyasi müttəfiqi olan Ermənistana daha əlverişli şərtlərlə müasir silahlar satır. Amma Azərbaycan da Rusiyadan kifayət qədər böyük dağıdıcı gücə malik zenit-raket kompleksləri, müasir tanklar almağı bacarıb.Təsadüfi deyil ki, ermənilər buna görə həmişə Rusiyaya təzyiq edirlər. Bütün qadağalara baxmayaraq, Azərbaycan Ermənistanı darmadağın edəcək qədər müasir silahları İsraildən, Rusiyadan, Türkiyədən, Belarusdan və s. ölkələrdən tədarük edə bilib. Biz onların bəzilərini, tank əleyhinə raketləri, dronları hətta aprel savaşında da uğurla tətbiq də etdik”.

Q.Həsənquliyev Əli Kərimlinin siyasi partiyalarla dialoq çərçivəsində PA-ya dəvət edilməməsinə də münasibət bildirib.

“Bildiyimiz kimi, cəmiyyətdə həmişə 5-6% faiz radikal müxalifətçi olur. Görünür həmin qüvvələrin başında Əli Kərimlinin qalması hökumətə lazımdır. Ona bu statusu qazandırana qədər hökumət yetkililəri çox çalışıb. Əli Kərimli növbədənkənar seçkilər öncəsi 19 oktyabrda razılaşdırılmamış aksiyaya cəhd etməklə və sonradan döyülməsi barədə verdiyi açıqlamaları ilə həmin düşərgədə ona olan etimadı çoxdan itirib”- Q.Həsənquliyev əlavə edib.

Demokrat.az

D
demokrat.az