Rəqsi ilə gündəmə gələn qadın müəllim Gülsüm Biləndərli növbəti dəfə açıqlama verib.
Demokrat.az-ın xəbərinə görə, G.Biləndərli deyib ki, məktəb rəhbəyliyi onu seçki prosesinə cəlb etməyib.
O deyib ki, seçkidə iştirakı olmayıb: “Bu barədə heç söhbət də olmayıb. Seçkinin təşkilində heç bir əlaqəm yoxdur”.
G.Biləndərli “Məsti-xumar” mahnısını dinlədiyinə görə tənqid edilməsinə də münasibət bildirib: “O mahnı qarşıma təsadüfən çıxdı. O mahnı qeyri-etik, mentalitetə zidd nəsə varsa, narkomaniyanı təbliğ edirsə, niyə teleməkanlarda yayımlanır? Telekanallar özəl də olsa, nəzarət edilir axı... Xatırlayırsınızsa, bir zamanlar meyxananı da belə qəbul edirdilər. Meyxana da folkulorun bir qoludur. Düşünürəm ki, o mahnıda qeyri-etik nəsə yoxdur. Mahnını da sevirəm, onu oxuyan müğənnini də bəyənirəm”. (pravda.az)


