“Koronavirus aşkarlanan şəxs dərhal karantin məntəqəsinə aparılıb. O, xüsusi boks şəraitində saxlanılır”.
Demokrat.az-ın xəbərinə görə, bunu Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, həmin şəxsin durumu stabildir: “Vəziyyətində ağırlaşma yoxdur”.


