Gündəm

İki İran vətəndaşı Gürcüstana buraxılmadı — RƏSMİ

İki İran vətəndaşı Gürcüstana buraxılmadı — RƏSMİ

"Qırmızı Körpü" gömrük-sərhəd keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib.

Demokrat.az xəbər verir ki, bu barədə Gürcüstanın İctimai telekanalı məlumat yayıb.

Bildirilib ki, gömrük-sərhəd keçid məntəqəsindən istifadə edən bütün şəxslər koronavirus təhlükəsi ilə əlaqədar yoxlanılır, yüksək bədən temperaturu müşahidə edilən vətəndaşlara isə Gürcüstan ərazisinə daxil olmağa icazə verilmir.

Yoxlamalar zamanı gömrük-sərhəd keçid məntəqəsindən iki İran vətəndaşı Gürcüstana buraxılmayıb.

Demokrat.az

D
demokrat.az