Dünya

İran Səhiyyə Nazirliyi deputatın dediklərini təkzib etdi

İran Səhiyyə Nazirliyi deputatın dediklərini təkzib etdi

"Qum şəhərində 50 nəfərin koronavirdan ölməsi ilə bağlı yayılan xəbəri təkzib edirik".

Bunu İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi deyib: "Qum şəhərində ölənlərin sayı iddia olunan rəqəmlərin yarısı, yaxud dördə biri qədər olarsa, vəzifəmdən istefa verəcəm".

O qeyd edib ki, koronavirusdan ölənlərin sayı 12 nəfərə çatıb: "Bu virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 59-61 nəfər təşkil edir".

Ölən şəxslər Ümumdünya Səhiyyə Təşkilatının protokoluna uyğun dəfn olunacaqlar.(apa)

Demokrat.az

D
demokrat.az