Yapı Kredi Bank Azərbaycan müştərilərinə gündəlik bank əməliyyatlarını daha rahat və çevik həyata keçirmək imkanı yaradan yeni World Plus rəqəmsal debet kartını təqdim edir. Tamamilə rəqəmsal formatda istifadəyə verilən kartı əldə etmək üçün filiala müraciət etməyə ehtiyac yoxdur. Müştərilər YKB Mobile tətbiqi vasitəsilə kartı tam ödənişsiz sifariş edə, onu aktivləşdirərək nağdsız ödənişlərində istifadə etməyə başlaya bilərlər.
World Plus rəqəmsal debet kartının əsas üstünlükləri:
Kartdan istifadə üçün xidmət haqqı tutulmur.
NFC texnologiyası ilə sürətli və rahat təmassız ödəniş imkanı.
Gündəlik alış-verişlərdən keşbek qazanmaq fürsəti.
Ölkədaxili və ölkəxarici POS-terminallarda və internet üzərindən ödəniş imkanı.
Yeni kartın təqdimatına özəl olaraq Yapı Kredi Bank Azərbaycan müştəriləri üçün xüsusi keşbek kampaniyasına start verir.
26 noyabr – 26 dekabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində yeni World Plus rəqəmsal debet kartını əldə edən müştərilər bir ödəmə üzrə 100 AZN və ya daha artıq məbləğdə ilk nağdsız ödənişlərində 10 AZN keşbek qazanacaqlar.
Yeni World Plus ilə rəqəmsal bankçılığın rahatlığını kəşf edin, ödənişlərinizdən əlavə qazanc əldə edin! Kartınızı sifariş etmək və kampaniyadan yararlanmaq üçün linkə keçid edin.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan Yapı Kredi Bank Azərbaycan QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.yapikredi.com.az saytından, *0444 Telefon Mərkəzindən və ya bankın "Instagram", "Facebook", "LinkedIn", "Telegram" və "WhatsApp" sosial platformalarındakı rəsmi hesablarından əldə edə bilərsiniz.



