YapiKredi Müraciət Forması
Mazda CX-5
Aqrar-sənaye kompleksi Özəl

Aqrar sahədə süni intellekt dövrü başlayır

Aqrar sahədə süni intellekt dövrü başlayır

"Aqrar sektorun qarşıdakı dövr üçün inkişaf istiqamətlərini müəyyən edən əsas strateji sənədlərdən biri Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramıdır".

Demokrat.az xəbər verir ki, Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən "V Yubiley Aqrar Startaplar və İnnovasiya Forumu"nun hesabat tədbirində kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov deyib.

Aqrar sahədə süni intellekt dövrü başlayır

Onun sözlərinə görə, Dövlət Proqramında aqrar sahədə dayanıqlı və rəqabətqabiliyyətli inkişafın təmin edilməsi, intensiv istehsal modelinə keçidin sürətləndirilməsi, məhsuldarlığın və ixrac potensialının artırılması ilə yanaşı, innovasiya və rəqəmsallaşma da xüsusi prioritet istiqamətlər kimi müəyyənləşdirilib.

"Proqram çərçivəsində süni intellekt həllərinin genişləndirilməsi, eləcə də kənd təsərrüfatı informasiya sisteminin imkanlarının artırılması və məlumat əsaslı idarəetmənin inkişafı nəzərdə tutulur.

Belə ki, 2030-cu ilədək süni intellektdən istifadə etməklə hazırlanan modulların sayının 30-a, aqrar dövlət dəstəyi xidmətlərinin rəqəmsal xidmətlər vasitəsilə göstərilən payının isə 100 faizə çatdırılması hədəflənir.

Dövlət Proqramında müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin 2030-cu ilədək təxminən 300 min hektara çatdırılması da nəzərdə tutulur. Bu istiqamətdə suya qənaət edən və resurslardan istifadənin səmərəliliyini artıran yerli innovativ həllərin tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Bu hədəflərə nail olunmasında aqrar startapların və innovativ şirkətlərin mühüm rolu var. Ağıllı suvarma sistemləri, aqrodronlar, sensor texnologiyalar, rəqəmsal platformalar və süni intellekt əsaslı həllər fermerlərə daha az resursla daha yüksək nəticələr əldə etməyə imkan yaradır", – deyə nazir müavini bildirib.

Nuray Paşşanlı

Editor
Redaktor