Sosial

Leyla Əliyeva şiddətə məruz qalan qadınlara dəstək oldu — VİDEO

Leyla Əliyeva şiddətə məruz qalan qadınlara dəstək oldu — VİDEO

Bakıda qadın zorakılığından bəhs edən maraqlı videoçarx lentə alınıb.

Demokrat.az “Qafqazinfo” xəbər verir ki, sosial layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə “Baku Medica Center” və “Var- Yox” tərəfindən hazırlanıb.

“Üstü örtülən şiddət bir sonrakının başlanğıcıdır. Hər bir Azərbaycan qadını öz hüquqlarını bilməli, hüquqlarını qoruya bilmədiyi təqdirdə çarxda qeyd olunmuş qurumlarla əlaqə saxlamalıdır”, - deyə layihənin tanıtımında qeyd olunub.

Leyla Əliyeva videoçarxı instaqram səhifəsində paylaşaraq qadın zorakılığına qarşı çıxıb.

Layihədə #susma həştaqından da istifadə olunub. (qafqazinfo)

​Demokrat.az

D
demokrat.az