YapiKredi Müraciət Forması
Mazda CX-5
Hərbi

Hərbçilərin həyat yoldaşlarına 400 manat verilə bilər

Hərbçilərin həyat yoldaşlarına 400 manat verilə bilər

Hərbçilərin yeni xidmət yerinə köçən həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur.

Demokrat.az bildirir ki, bu barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib.

Komitə sədri bildirib ki, "Hərbi qulluqçuların statusu haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, hərbi qulluqçunun yeni xidmət yerinə köçməsi nəticəsində həyat yoldaşının həmin ərazidə işlə təmin olunması mümkün olmadıqda, ona minimum aylıq əməkhaqqı məbləğində pul müavinəti ödənilməsi nəzərdə tutulur.

Dəyişikliklər sözügedən Qanunun 21-ci maddəsini əhatə edir.

Bundan başqa, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 114 və 135-ci maddələrinə uşağa qulluqla bağlı dəyişikliklər təklif olunur.

"Eyni zamanda, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamənin 87 və 88-ci maddələrinə, eləcə də "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 38-ci maddəsinə dəyişikliklər nəzərdə tutulur.

Təklif olunan yeniliklər hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, xidmət şəraiti ilə əlaqədar yaranan məşğulluq problemlərinin yumşaldılmasına və müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsinə yönəlib" - A. Nağıyev bildirib. (Ölkə az)