Azərbaycanda yaxın iki gündə hava əsasən yağmursuz keçəcək, Bakıda qar gözlənilmir.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Yeni Sabah"a açıqlamasında bildirib ki, noyabrın 16-sı axşam saatlarından etibarən güclü şimal-qərb küləyi tədricən zəifləyəcək, bölgələrdə müşahidə olunan yağıntılar isə kəsiləcək.
Onun sözlərinə görə, noyabrın 17-18-də Bakıda, Abşeron yarımadasında və bölgələrdə hava əsasən yağmursuz olacaq. Həmin günlərdə mülayim cənub-qərb küləyi əsəcək, havanın temperaturu isə tədricən yüksələcək. İnternetdən sifariş
G.Məmmədova vurğulayıb ki, yaxın iki gün ərzində paytaxtda qar yağması gözlənilmir. Hazırda rayonlarda yağıntılar, dağlıq ərazilərdə isə qar müşahidə olunur.


