YapiKredi Müraciət Forması
Dünya Özəl

Macar polisi meşədə tapılan 17,6 milyon avronun sahibini müəyyənləşdirə bilmir

Macar polisi meşədə tapılan 17,6 milyon avronun sahibini müəyyənləşdirə bilmir

Macarıstan hüquq-mühafizə orqanları meşədə, təsərrüfat tikililərində və gizli saxlanc yerlərində aşkarlanan milyonlarla avronun kimə məxsus olduğunu müəyyən edə bilmir.

Demokrat.az xəbər verir ki, bu barədə Macarıstanın Aktivlərin Geri Qaytarılması və Mühafizəsi üzrə Milli İdarəsinin (NVVH) rəhbəri Anna Unger "RTL" telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, pullar keçmiş milli inkişaf naziri Mikloş Şeştağın adı hallanan cinayət işi üzrə istintaq tədbirləri zamanı müsadirə edilib. Lakin əskinasların üzərində onların sahibini müəyyənləşdirməyə imkan verən hər hansı nişan və ya məlumat yoxdur.

Xatırladaq ki, noyabrın 14-də Macarıstanda meşəlik ərazilərdə, yardımçı tikililərdə və gizli anbarlarda təxminən 17,6 milyon avro nağd pul aşkarlanıb. Pulların ölkənin keçmiş baş naziri Viktor Orbanın hökumətində çalışmış Mikloş Şeştaqla bağlı korrupsiya araşdırması çərçivəsində tapıldığı bildirilir.

Hadisə Macarıstanın siyasi gündəmində də geniş müzakirələrə səbəb olub. Noyabrın 15-də baş nazir Peter Magyar istintaq zamanı milyardlarla forint nağd pulun müsadirə edilməsindən sonra "Fides" partiyasının "mafiyasının rəsmi sonunu" elan edib.

Magyar keçmiş baş nazir Viktor Orbanı "devrilmiş mafiya başçısı" adlandırıb, onun siyasi qüvvəsini isə cinayətkar təşkilat kimi xarakterizə edib.