Payızın son ayı olmasına baxmayaraq, noyabr bəzi çiçək növlərinin əkilməsi üçün əlverişli dövr hesab olunur. Bu ay torpağa əkilən bitkilər qış ərzində kök salaraq yazda daha gözəl çiçəkləyə bilər.
Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, noyabr ayında əkilməsi tövsiyə olunan çiçəklər arasında bənövşə, pion, helleborus, astra, kalendula, xaşxaş, siklamen və kameliya var. Həmçinin yazda çiçəkləyən soğanaqlı bitkilərin də bu dövrdə torpağa əkilməsi məsləhət görülür.
Bəzi çiçək növləri soyuq havaya davamlı olduğu üçün payızın sonlarında əkildikdə yazda daha tez inkişaf edə bilir. Bununla yanaşı, bitkilərin sağlam böyüməsi üçün torpağın xüsusiyyətlərinə və hava şəraitinə diqqət yetirmək vacibdir.
Qeyd edək ki, noyabrda əkin zamanı bitkilərin şaxtadan qorunması üçün torpağın üzərinə malç qatı əlavə etmək tövsiyə olunur.


