YapiKredi Müraciət Forması
Hadisə

51 yaşlı qadını çaqqal dişlədi

51 yaşlı qadını çaqqal dişlədi

Şəkidə həyətə daxil olan çaqqal 51 yaşlı qadına xəsarət yetirib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün Şəkinin İnçə kəndində qeydə alınıb.

Belə ki, kənd ərazisində yerləşən fərdi yaşayış evlərindən birinin həyətinə daxil olan çaqqal ev sahibi, 51 yaşlı Könül Abdurəhmanovanın sol bud nahiyəsindən dişləyib.

Yaxınlarının köməyilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə çatdırılan qadına lazımi tibbi yardım göstərilib.

Ona quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

NE
Nihadə Eyyubova