Paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması üçün təklif olunan layihələrdən biri də "Bakı Metropoliteni"ndə Xırdalan və Masazır istiqamətində stansiyaların artırılmasıdır. Bu məsələ zaman-zaman gündəmə gəlsə də, hələlik Xırdalan və Masazıra yeni metro stansiyalarının inşası barədə rəsmi açıqlama yoxdur.
Bəs bu barədə "Bakı Metropoliteni"ndə hər hansısa plan var?
Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı Plat.az-a açıqlamasında" Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, Xırdalan və Masazır istiqamətində metro stansiyasının inşaatı nəzərdə tutulmayıb:
"Həmin istiqamətdə sonuncu stansiyalar "Xocəsən" və "Avtovağzal" olaraq qalacaq. Sadəcə olaraq Bənövşəyi xəttin 6 stansiyasının inşaası ilə Sumqayıt, Masazır, Xırdalan, Bakı-Şamaxı yolu üzərində olan kənd və qəsəbələrdən "Avtovağzal" və "Xocəsən" stansiyasına gələn sərnişinlərin şəhər mərkəzinə ən qısa yolu təmin olunacaq. Ümumiyyətlə keçid stansiyalarda nəzərə alınmaqla digər xətlərə də maksimal rahat keçidlər təmin olunacaq. Bu o deməkdir ki, həmin istiqamətdən gələn sərnişinlər üçün ən rahat istiqamət məhz "Avtovağzal" və "Xocəsən" stansiyasından metroya daxil olaraq yollarını davam etdirmək olacaq".
Bəs gələcəkdə bu istiqamətlərdə yeni stansiyaların inşası plana daxil edilə bilərmi?
Bəxtiyar Məmmədov suala belə cavab verdi:
"Həmin istiqamətə yeni stansiyalar inşa olunmayacaq. "Avtovağzal"dan daxil olan sərnişinimiz, deyək ki, altı stansiyanın inşaası başa çatdıqdan sonra hazlrda da olduğu kimi "Memar Əcəmi" stansiyasından Yaşıl xəttə keçə bilər, amma gələcəkdə "Nizami" stansiyasının yaxınlığında olacaq keçid stansiyasından yenə Yaşıl xəttə keçə biləcək, "Sahil" stansiyasının yaxınlığında Qırmızı xəttə keçə biləcək, bir sözlə üzü "Həzi Aslanov" və "İçərişəhər" istiqamətində tam rahat hərəkət edə biləcək. Digər keçid stansiyası "Xətai" stansiyasının yaxınlığında olacaq ki, bu da yaşıl xəttə keçid deməkdir və həmin xəttin dövlət proqramına uyğun olaraq inşa olunacağı sonuncu stansiyası, yəni altıncı stansiyası Babək prospekti üzərində olacaq. Gördüyünüz kimi şəhər mərkəzinə artıq həmin istiqamətdən gələn insanlarımızın yolu tam rahatlaşacaq


