YapiKredi Müraciət Forması
Özəl Sağlamlıq

Hamiləlikdə bu risklər vaxtında aşkarlanmasa, faciə baş verə bilər

Hamiləlikdə bu risklər vaxtında aşkarlanmasa, faciə baş verə bilər

Qeysəriyyə əməliyyatı ana və körpənin sağlamlığını qorumaq məqsədi daşısa da, bəzi hallarda doğuş faciə ilə nəticələnə bilər. Körpənin əməliyyat zamanı və ya doğuşdan dərhal sonra həyatını itirməsi müxtəlif tibbi ağırlaşmalarla bağlı ola bilər. Belə hallarda hamiləliyin gedişi, körpənin sağlamlıq vəziyyəti, ananın ümumi səhhəti və əməliyyat zamanı baş verənlər xüsusi əhəmiyyət daşıyır.

Bəs qeysəriyyə əməliyyatı zamanı körpənin ölümünə hansı amillər səbəb ola bilər və belə halların qarşısını almaq mümkündür?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında ginekoloq Yeganə Əliyeva bildirib ki, hamiləlik dövründə mütəmadi həkim müayinəsindən keçmək və tibbi tövsiyələrə əməl etmək həm ananın, həm də körpənin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Hamiləlikdə bu risklər vaxtında aşkarlanmasa, faciə baş verə bilər

Onun sözlərinə görə, ana həkim müayinələrinə getmədikdə və verilən tövsiyələrə əməl etmədikdə, hamiləliyin gedişində yaranan problemlər vaxtında aşkarlanmaya bilər:

"Bu isə sonradan həm körpənin, həm də ananın sağlamlığı üçün ciddi fəsadlara yol aça bilər. Bəzi hallarda pasiyentlər ailələrində mövcud olan xəstəliklər, xüsusilə də qan xəstəlikləri barədə həkimə məlumat vermirlər. Halbuki bu məlumatlar hamiləliyin düzgün qiymətləndirilməsi və mümkün risklərin əvvəlcədən müəyyənləşdirilməsi üçün vacibdir. Bəzən pasiyentlər ailələrində olan qan xəstəlikləri barədə həkimə məlumat vermirlər. Bu isə doğuş zamanı ciddi fəsadlara səbəb ola bilər. Belə hallarda həkimlər xəstənin sağlamlıq tarixçəsi barədə tam məlumatlı olmadıqları üçün çətinliklərlə üzləşirlər və yaranan problemlərə görə məsuliyyət onların üzərinə düşür. Hamiləlik zamanı bəzi ağırlaşmalar ana və dölün həyatı üçün təhlükə yarada bilər. Belə vəziyyətlərdə həkimlər pasiyentə mümkün riskləri izah edir və zəruri tibbi müdaxilənin həyata keçirilməsini tövsiyə edirlər. Lakin bəzi hallarda pasiyentlər vəziyyətin ciddiliyini tam anlamadıqları üçün həkimin tövsiyələrinə əməl etmir və müdaxilədən imtina edirlər. Bəzən pasiyentin vəziyyəti ağır olsa da, həkimin tövsiyələrinə əməl etmir və həyati təhlükə yarandıqda belə, zəruri müdaxilədən imtina edir. Belə hallarda həm ananın, həm də dölün həyatı ciddi risk altına düşə bilər. Hamiləlik zamanı müxtəlif ağırlaşmalar yarana bilər və hər hadisənin özünəməxsus səbəbi olur. Lakin təəssüf ki, bir çox hallarda bütün məsuliyyət həkimin üzərinə qoyulur. Hamiləlik zamanı yüksək arterial təzyiq, ödem, sidikdə zülalın aşkarlanması və digər əlamətlər ciddi tibbi qiymətləndirmə tələb edir. Xüsusilə HELLP sindromu kimi ağırlaşmalar ana və döl üçün həyati təhlükə yarada bilər. Belə hallarda həkimlər hamiləliyin davam etdirilməsinin risklərini qiymətləndirməli və ana ilə körpənin təhlükəsizliyi üçün uyğun tibbi qərar verməlidirlər. Doğuş zamanı baş verən ağır hadisələrin səbəbini müəyyənləşdirərkən yalnız əməliyyatın özünə deyil, hamiləliyin bütün gedişinə, ananın sağlamlıq vəziyyətinə, mövcud xəstəliklərə və tibbi müdaxilənin vaxtında həyata keçirilib-keçirilməməsinə də diqqət yetirilməlidir.

Qeysəriyyə əməliyyatı zamanı və ya doğuşdan sonra körpənin həyatını itirməsinin səbəbi hər bir konkret hadisə üzrə tibbi sənədlər və müvafiq müayinələr əsasında müəyyənləşdirilməlidir. Belə hallarda ölümün səbəbi araşdırılmadan bunu yalnız həkim səhlənkarlığı və ya digər bir amillə əlaqələndirmək düzgün deyil. Hamiləlik dövründə müntəzəm müayinələrdən keçmək, xəstəliklər barədə həkimə tam məlumat vermək və tibbi tövsiyələri diqqətlə nəzərə almaq mümkün risklərin vaxtında aşkarlanmasına kömək edə bilər".

Xatırladaq ki, ötən gün Yevlax rayonu rayon mərkəzi xəstəxanasında Səmədabad kənd sakini 1996-cı il təv. Çimnaz Elçin qızı Paşayevanın uşağı qeysəriyyə əməliyyatı zamanı ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.