ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya ilə dizel yanacağının tədarükü barədə əldə olunan razılaşmaya görə ünvanladığı tənqidlərə münasibət bildirməkdən imtina edib.
Demokrat.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Jurnalist Trampa Rusiya ilə razılaşmanın əldə olunmasından sonra Zelenskinin səsləndirdiyi tənqidləri çatdırıb.
"Yaxşı", deyə Tramp cavab verib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Rusiyadan dizel yanacağının satışı, çatdırılması, boşaldılması və idxalı ilə bağlı əməliyyatlara 2027-ci il aprelin 7-dək icazə verib.
Rusiya prezidenti Vladimir Putin isə Tramp ilə danışıqların yekunlarına dair açıqlamasında Rusiyanın ABŞ və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduğunu təsdiqlədiyini bildirib.
Jalə


