Rusiyanın Tuva Respublikasında ayı xizəkçilərin qonaq evinə girərək içərini dağıdıb.
Demokrat.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə "Tayqa" stansiyasında Xizək Federasiyasına məxsus qonaq evində baş verib. Respublikanın Daxili İşlər Nazirliyi hadisənin görüntülərini yayıb.
Polis sakinlərə və turistlərə təhlükəsizlik məqsədilə müvəqqəti olaraq əraziyə getməməyi tövsiyə edib.
Məlumata görə, mövsümün əvvəlindən Tuva sakinlərindən ayıların yaşayış məntəqələrinin yaxınlığında görünməsi ilə bağlı 344 müraciət daxil olub. Yazdan bəri Rusiyanın müxtəlif bölgələrində isə azı 24 nəfər qəhvəyi ayıların hücumuna məruz qalıb.
Jalə


