ABŞ Prezidenti Donald Tramp 2026-cı il Nobel Sülh Mükafatının ona verilməməsinə etiraz edərək Norveçə xəbərdarlıq edib.
Demokrat.az xəbər verir ki, Tramp mükafatın 85 yaşlı insan hüquqları müdafiəçisi Navi Pillaya təqdim olunmasına münasibət bildirərkən qərarı "Norveçin silinməz ləkəsi" adlandırıb.
"Prezidenti olduğum ABŞ Nobel Sülh Mükafatına layiq görülməli idi, lakin mükafat bizə verilmədi", deyə Tramp bildirib.
ABŞ lideri Nobel Komitəsini də tənqid edərək mükafatın "demokratiya əleyhinə olan və sivilizasiyanın düşmənləri sayılan bir neçə radikal ideoloq tərəfindən birdəfəlik nüfuzdan salındığını" iddia edib.
Tramp laureat Navi Pillayın adını daha əvvəl eşitmədiyini də söyləyib. "Onu heç kim tanımır. Mən onun adını heç vaxt eşitməmişəm", deyə ABŞ Prezidenti bildirib.
O, çıxışının sonunda Norveçə ünvanlanan mesajında "Norveç, bunu unutmayacağıq" ifadəsini işlədib.
Jalə


