Dilber Ayın qızından atasının evliliyinə sərt reaksiya: "Bir yağlı qapı da tapdın"
2019-cu ildə vəfat edən türkiyəli müğənni Dilber Ayın həyat yoldaşı İbrahim Karakaşın yenidən evləndiyi məlum olub. Onun kosmetoloq Müge Zopunla nikaha girməsi mərhum sənətçinin qızı Filiz Çelikin sərt reaksiyasına səbəb olub.
Demokrat.az xəbər verir ki, arabesk musiqisinin tanınmış nümayəndələrindən olan Dilber Ay 2019-cu ildə Ankaradakı evində ürək tutması nəticəsində 63 yaşında dünyasını dəyişib. Müğənninin 21 illik həyat yoldaşı İbrahim Karakaş isə ötən ay Müge Zopunla ailə qurub.
Karakaşın "Dilberin acısını Müge ilə unutdum" sözləri mərhum sənətçinin qızının narazılığına səbəb olub. Filiz Çelik atasının bu açıqlamasına sərt cavab verib.
"Sən heç bir ağrı yaşamadın. Dörd ay sonra klip çəkdirdin, avtomobili satdın. Klipdə Müge xanımı da gördüm. ‘Bu kimdir?" deyə soruşanda ‘Adi birisidir" dedin, gizlətdin. Bir yağlı qapı getdi, indi bir yağlı qapı da tapdın. Sən onsuz da işləməyi sevməyən adamsan. Ye, ye, otur elə", – deyə Çelik bildirib.
Qeyd edək ki, İbrahim Karakaş daha əvvəl qatıldığı televiziya proqramında həyat yoldaşının tabutu önündə ağlayarkən bir daha evlənməyəcəyini söyləmişdi. Onun yeni nikahı isə fotoşəkillər yayılandan sonra ictimaiyyətə məlum olub.
Jalə


