Maraqlı

Yumurtanı tavada deyil, sobada bişirin – Aşpazların sevimli üsulu

Yumurtanı tavada deyil, sobada bişirin – Aşpazların sevimli üsulu

Yumurtanı daha ləzzətli və ideal formada hazırlamaq üçün tavadan istifadə etmək mütləq deyil. Peşəkar aşpazların üstünlük verdiyi soba üsulu ilə hər dəfə bərabər bişmiş yumurta əldə etmək mümkündür.

Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı "Express" nəşrinə istinadən məlumat yayıb.

Londonun Fallow restoranının aşpazlarından Uill Mürrey səhər yeməyi zamanı çoxlu sayda yumurta hazırlamaq üçün fərqli üsuldan istifadə etdiklərini bildirib. Onun sözlərinə görə, restoranın mətbəxində gün ərzində 50-100 yumurta bişirilir və bunun üçün adi tava əvəzinə sobadan istifadə olunur.

Bu üsulu ev şəraitində tətbiq etmək də olduqca sadədir. Bunun üçün geniş gözləri olan bişirmə qəlibinə bir qədər yağ əlavə etmək, hər gözə bir yumurta qırmaq və 160 dərəcə temperaturda təxminən 2 dəqiqə 30 saniyə bişirmək lazımdır. Aşpazın tövsiyəsinə əsasən, yumurtaların daha yaxşı bişməsi üçün sobada müəyyən qədər nəmlik qorunmalıdır. Bunun üçün sobaya kiçik su qabı yerləşdirmək olar.

Bişdikdən sonra yumurtaya zövqə görə duz və istiot əlavə edilir. Aşpazın fikrincə, bu üsul yumurtanın bərabər bişməsinə və sarısının ideal konsistensiyada qalmasına kömək edir.

Jalə