İdman

Arda Turan Türkiyə millisində? - Qərar açıqlandı

Arda Turan Türkiyə millisində? - Qərar açıqlandı

Türkiyə milli komandasının baş məşqçisi Vinçenzo Montella ilə yollarını ayırmasından sonra yeni namizədin kim olacağı müzakirə olunur. Namizədlər arasında Ukraynanın "Şaxtyor" klubunu çalışdıran Arda Turanın da adı hallanır.

Demokrat.az xəbər verir ki, "Sabah" nəşrinin məlumatına görə, Türkiyə Futbol Federasiyası Arda Turanla bağlı ilkin əlaqə yaradıb. Lakin "Şaxtyor" rəhbərliyi qısa müddətdə cavab verərək 39 yaşlı mütəxəssisi buraxmağa isti yanaşmadığını bildirib. Tərəflər arasında danışıqların davam edəcəyi qeyd olunur.

Xatırladaq ki, Türkiyə millisi UEFA Millətlər Liqasında keçirdiyi dörd oyunun hamısında məğlub olduqdan sonra Montella ilə yollarını ayırıb. Yeni baş məşqçi seçimində yerli mütəxəssisə üstünlük verilməsinin nəzərdə tutulduğu bildirilir.

Arda Turan ötən mövsüm "Şaxtyor"u Ukrayna çempionluğuna aparıb. Onun rəhbərliyi altında komanda 61 matç keçirib və mütəxəssisin orta xal göstəricisi 2,16 olub.

"Şaxtyor" cari mövsümdə də uğurlu çıxış edir. Komanda səkkiz oyunda yeddi qələbə və bir məğlubiyyətlə lider mövqedə qərarlaşıb. Çempionlar Liqasının ilk matçında isə PSV ilə heç-heçə edib.

Qeyd edək ki, Arda Turanın "Şaxtyor"la müqaviləsi 2027-ci ilin iyununda başa çatır. Hazırda onun Türkiyə millisinə təyinatı ilə bağlı yekun qərar açıqlanmayıb.

Jalə