Şou-biznes

Çəkiliş meydançasında təhlükəli anlar: Aktyor faciənin qarşısını almağa çalışdı - VİDEO/FOTO

Çəkiliş meydançasında təhlükəli anlar: Aktyor faciənin qarşısını almağa çalışdı - VİDEO/FOTO

Türkiyənin Kanal D telekanalında yayımlanan "Haysiyet" serialının çəkilişləri zamanı gözlənilməz hadisə baş verib. Əl əyləci çəkilmədiyi üçün hərəkətə başlayan yük maşınını saxlamağa çalışan aktyor Doğukan Güngörün cəsarətli müdaxiləsi kamera arxası görüntülərə düşüb.

Demokrat.az xəbər verir ki, çəkiliş meydançasında yük maşınının nəzarətsiz şəkildə hərəkət etdiyini görən aktyor dərhal hərəkətə keçib. Güngör avtomobilin pəncərəsindən içəri daxil olaraq onu dayandırmağa çalışıb. Hadisə çəkiliş heyəti arasında qısa müddətli təşviş yaradıb.

Baş verənlərin görüntüləri sonradan yayılaraq sosial şəbəkələrdə diqqət çəkib. Aktyorun hərəkətdə olan yük maşınına müdaxilə etdiyi anlar serialın kamera arxası kadrlarında əks olunub.

Hadisə çəkiliş meydançalarında gözlənilməz təhlükələrin yarana biləcəyini bir daha gündəmə gətirib. Yük maşınının necə dayandırıldığı və hadisə zamanı xəsarət alanın olub-olmadığı barədə isə təqdim olunan məlumatda əlavə təfərrüat verilməyib.

Çəkiliş meydançasında təhlükəli anlar: Aktyor faciənin qarşısını almağa çalışdı - VİDEO/FOTO

Jalə