Texnologiya

Payızının ən güclü və sürətli smartfonlarının reytinqi açıqlandı - SİYAHI

Payızının ən güclü və sürətli smartfonlarının reytinqi açıqlandı - SİYAHI

"Xiaomi 18 Fold" məhsuldarlıq göstəricilərinə görə birinci yeri tutub. "iPhone Ultra" üslubunda çevik ekrana malik bu qatlanan smartfon şirkətin öz istehsalı olan "XRING O3" prosessoru ilə təchiz edilib.

"AnTuTu" bençmarkı 2026-cı ilin sentyabr ayının nəticələrinə əsasən ən güclü smartfonların reytinqini dərc edib.

Demokrat.az xəbər verir ki, "Android" cihazlarının ilk onluğuna ən yeni "Snapdragon 8 Elite Extreme Gen 6", "Dimensity 9600 Pro", eləcə də ötən ilin "Snapdragon 8 Elite Gen 5" prosessorları əsasında hazırlanmış modellər daxil olub.

Məhsuldarlıq üzrə birinci yeri orta hesabla 4 620 886 bal toplayan "Xiaomi 18 Fold" tutub. Qatlanan smartfonun sınaqdan keçirilən versiyasında 16 GB LPDDR6 operativ yaddaş və UFS 4.1 interfeysli 1 TB daxili yaddaş istifadə olunub.

İkinci yerdə 4 449 925 bal toplayan "iQOO 16" qərarlaşıb. Smartfon TSMC-nin 2 nanometrlik N2P texnoloji prosesi əsasında istehsal edilən yeni flaqman "Snapdragon 8 Elite Extreme Gen 6" prosessoru ilə təchiz olunub. Cihaz, həmçinin 165 Hz yenilənmə tezliyinə malik ekran və ayrıca Q4 oyun çipi əldə edib.

İlk üçlüyü 4 435 489 bal nəticə göstərən "Honor Magic 9 Pro Max" tamamlayıb. "iQOO 16" kimi, bu model də "Snapdragon 8 Elite Extreme Gen 6" prosessoru ilə işləyir. Bununla belə, istehsalçı "Arri" mütəxəssislərinin iştirakı ilə hazırlanmış kamera sisteminin imkanlarına xüsusi diqqət yetirib.

Reytinqin qalan yerlərini "Xiaomi 18 Pro Max", "Oppo Find X10 Pro Max", "Red Magic 11S Pro+", "iQOO 15 Ultra", "Honor Win", "Xiaomi 18 Pro" və "Realme GT 8 Pro" modelləri bölüşdürüb. Onların hər biri ən azı 4 milyon bal toplayıb.

"iOS" və "iPadOS" əməliyyat sistemləri ilə işləyən cihazların reytinqində isə gözlənildiyi kimi, "Apple M5" çipləri əsasında hazırlanan "iPad" konfiqurasiyaları liderlik edir. Onlardan cüzi fərqlə "iPhone 18 Pro Max" geri qalır.

Payızının ən güclü və sürətli smartfonlarının reytinqi açıqlandı - SİYAHI
Payızının ən güclü və sürətli smartfonlarının reytinqi açıqlandı - SİYAHI
Payızının ən güclü və sürətli smartfonlarının reytinqi açıqlandı - SİYAHI
1 / 2

Nuray