Avto

Yeni "Lexus ES" Bakıda təqdim olundu

Yeni Lexus ES Bakıda təqdim olundu

Lexus Azərbaycan premium sedan seqmentinin ən tanınmış modellərindən biri olan yeni nəsil Lexus ES modelini Bakıda rəsmi olaraq təqdim edib.

Demokrat.az xəbər verir ki, "Gələcəyin yeni səviyyəsi" şüarı altında keçirilən təqdimat mərasimi Bakının möhtəşəm məkanlarından biri olan Gülüstan Sarayında baş tutub. Tədbir Lexus brendinin müştərilərini, tərəfdaşlarını, media nümayəndələrini və xüsusi dəvət olunmuş qonaqları bir araya gətirib.

Gecə Lexus-un zəriflik, innovasiya və qonaqpərvərlik fəlsəfəsini əks etdirən xüsusi konsepsiya əsasında təşkil olunub. Qonaqları canlı orkestr ifası, xüsusi hazırlanmış Lexus ES təqdimat filmi və zəngin musiqi proqramı müşayiət edib. Tədbirin musiqili hissəsində Türkiyədən dəvət olunmuş Ayla Balyemez, eləcə də Elmira Akgün səhnəyə çıxaraq gecəyə xüsusi ab-hava qatıb.

Gecənin əsas diqqət mərkəzində isə Azərbaycanda ilk dəfə rəsmi şəkildə təqdim olunan yeni Lexus ES 350h olub. Təqdimat çərçivəsində qonaqlar yeni model ilə yaxından tanış olmaq, onun eksteryer və interyer dizaynını nəzərdən keçirmək, eləcə də yeni nəsil ES-də təqdim olunan yenilikləri kəşf etmək imkanı əldə ediblər.

Lexus ES uzun illərdir komfort, zəriflik və etibarlılığı bir araya gətirən modellərdən biri kimi markanın qlobal model sırasında xüsusi yer tutur. Yeni ES 350h isə bu irsi davam etdirərək hibrid texnologiyanı müasir dizayn, yüksək komfort və Lexus-a xas premium yanaşma ilə birləşdirir.

Yeni nəsil model daha ifadəli və dinamik xarici görünüşü, müasir interyeri və sürücü ilə sərnişinlərin rahatlığına yönəlmiş həlləri ilə seçilir. Lexus-un məşhur yapon "Omotenashi" qonaqpərvərlik fəlsəfəsi avtomobilin salonunda da özünü göstərir: hər bir detal istifadəçinin ehtiyaclarını öncədən düşünmək və daha yüksək səviyyəli təcrübə yaratmaq prinsipi əsasında formalaşdırılıb.

"Gələcəyin yeni səviyyəsi" şüarı ilə təqdim edilən yeni ES 350h müasir hibrid texnologiyanı, zərif dizaynı, komfortu və Lexus-un detallara xüsusi yanaşmasını bir avtomobildə birləşdirir.

Yeni Lexus ES 350h – Gələcəyin yeni səviyyəsi.

Yeni "Lexus ES" Bakıda təqdim olundu
Yeni "Lexus ES" Bakıda təqdim olundu
Yeni "Lexus ES" Bakıda təqdim olundu
Yeni "Lexus ES" Bakıda təqdim olundu
1 / 3

FH
Fidan Hacızadə
Müxbir