Cəmiyyət

Gündüz İsmayılov: Bu, günümüzün ən aktual məsələlərindəndir

Gündüz İsmayılov: Bu, günümüzün ən aktual məsələlərindəndir

"Cəmiyyətimizin qarşısında duran ən aktual məsələlərdən biri gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasıdır. Bu zaman biz yalnız gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsini, dilimizə və dinimizə sağlam münasibətin formalaşdırılmasını nəzərdə tutmuruq. Məsələyə daha geniş yanaşırıq".

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda keçirilən konfransda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində din xadimlərinin və dini icmaların da rolu olduqca əhəmiyyətlidir:

"Bu istiqamətdə din xadimlərinin və dini icmaların fəaliyyətinin daha da gücləndirilməsinə ehtiyac var. Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi günümüzün ən aktual məsələlərindən biridir. Biz də bu istiqamətdə aidiyyəti qurumlarla işimizi daha da gücləndirəcəyik".

Nuray Paşşanlı

R
Redaktor