İdman

Dünya çempionatı: Vüsal Qələndərzadə məğlub oldu

Dünya çempionatı: Vüsal Qələndərzadə məğlub oldu

Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatının 1/8 final mərhələsində məğlub olub.

Demokrat.az "Report"-a istinadən xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançı qazaxıstanlı Abilayxan Zubanazara cərimə xalları hesabına uduzub.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.