Aparıcı və prodüser Tarix Əliyev (Tolik) son günlər müzakirə olunan müğənni Pünhan Piriyevin toy məsələsinə münasibət bildirib.
Tolik bu mövzuda səsləndirilən fikirlərə etiraz edib və Xalq artisti Alim Qasımovun müzakirə mövzusuna çevrilməsindən narazılığını ifadə edib.
O, sosial şəbəkədə yayımladığı çıxışında məsələyə sərt reaksiya verərək belə deyib:
"İndi siz kimsiniz ki, Alim Qasımovu müzakirəyə çıxarırsınız? Onun barəsində hansı haqla fikir bildirirsiniz? Bu haqqı kimdən aldınız? Haranın zibilisiniz?".
Tolik həmçinin Alim Qasımovun sənətinə və nüfuzuna diqqət çəkərək onun haqqında bu formada danışılmasını qəbul etmədiyini bildirib.
Aparıcının sərt ifadələri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onun çıxışı ilə bağlı müxtəlif fikirlər bildirilib. (milli.az)


