Artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.
Demokrat.az xəbər verir ki, Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib ki, əlavə reyslər **10 və 11 oktyabr** tarixlərində təşkil olunacaq.
Eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər davam etdiriləcək.
Sərnişinlər biletləri ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və dəmiryol kassalarından əldə edə bilərlər.


