Argentina və Benin yığmaları arasında keçirilən yoldaşlıq görüşü Argentina millisinin kapitanı Lionel Messinin şərəfinə 10-cu dəqiqədə dayandırılıb.
Demokrat.az xəbər verir ki, qarşılaşma Buenos-Ayresdəki "Monumental" stadionunda baş tutub. (oxu.az)
Hesab 0:0 olarkən arenada atəşfəşanlıq təşkil edilib. Həm tamaşaçılar, həm də hər iki komandanın futbolçuları və məşqçiləri 10 nömrəli formada çıxış edən Messini alqışlayıblar. Təxminən bir dəqiqədən sonra oyun qaldığı yerdən davam edib.
Beninlə matç hücumçunun Argentina yığmasındakı sonuncu oyunu olub. Messi altı dünya çempionatında - 2006, 2010, 2014, 2018, 2022 və 2026-cı illərdə iştirak edib. O, 2022-ci ildə Argentinaya dünya çempionu titulunu qazandırıb, 2014 və 2026-cı illərdə isə gümüş mükafatçı olub. Bundan əlavə, futbolçu iki dəfə - 2014 və 2022-ci illərdə dünya birinciliyinin ən yaxşı oyunçusu mükafatına layiq görülüb. Dünya çempionatları tarixində 21 qol vuran Messi ən yaxşı bombardirlər siyahısında 22 dəfə fərqlənən Kilian Mbappedən sonra ikinci yerdə qərarlaşıb. Həmçinin argentinalı ulduz 12 məhsuldar ötürmə ilə turnirin bu göstərici üzrə rekordçusudur.
Milli komandanın heyətində Messi iki dəfə - 2021 və 2024-cü illərdə Amerika Kubokunu da qazanıb.


