Maraqlı

Oktyabrın 10-da yeni Ay olacaq - 3 bürc üçün çətin dövr başlayır

Oktyabrın 10-da yeni Ay olacaq - 3 bürc üçün çətin dövr başlayır

Oktyabr ayında baş verəcək yeni Ay bəzi bürclər üçün münasibətlər, maliyyə və şəxsi qərarlarla bağlı gərginliklər yarada bilər.

Demokrat.az xəbər verir ki, astroloq Olqa Xodaryevanın sözlərinə görə, yeni Ay 10 oktyabr saat 18:51-də Tərəzi bürcündə baş verəcək.

Astroloji şərhə əsasən, bu dövr münasibətlər, kompromis, diplomatiya və tərəfdaşlıqlarla bağlı mövzuları ön plana çıxara bilər. Eyni zamanda, keçmişdən qalan bəzi məsələlərin yenidən gündəmə gəlməsi mümkündür.

Astroloqun fikrincə, retroqrad Veneranın təsiri səbəbindən köhnə münasibətlər, incikliklər, tamamlanmamış emosional və maliyyə məsələləri yenidən xatırlana bilər. Borclar, kreditlər, ödənişlər və investisiyalarla bağlı məsələlərdə də ehtiyatlı olmaq tövsiyə edilir.

Yeni Ay zamanı nələrdən çəkinmək lazımdır?

Astroloq oktyabr və noyabr aylarında görünüşdə kəskin dəyişikliklər etməyi məsləhət görmür. Bundan başqa, yeni Ay dövrünün böyük alış-verişlər və mühüm yeni başlanğıclar üçün əlverişli olmadığı bildirilir.

Bu müddətdə:

* yarımçıq qalmış işləri nəzərdən keçirmək;

* köhnə razılaşmaları və münasibətləri yenidən qiymətləndirmək;

* tamamlanmamış layihələrə qayıtmaq;

* maliyyə yatırımlarında diqqətli olmaq;

* böyük və bahalı alış-verişlərdən uzaq durmaq tövsiyə olunur.

Hansı bürclər daha çox təsir hiss edəcək?

Astroloqun proqnozuna görə, Tərəzilər yeni Ayın təsirini daha güclü hiss edə bilərlər. Onlar üçün şəxsi həyat və münasibətlərdə yeni mərhələnin başlanması, həmçinin özləri ilə bağlı müəyyən dəyişikliklər gündəmə gələ bilər.

Əkizlər və Dolçalar üçün isə dövr daha əlverişli qiymətləndirilir. Əkizlərdə sevgi və yaradıcılıq, Dolçalarda isə karyera və peşəkar statusla bağlı yeni imkanların ortaya çıxacağı bildirilir.

Şirlər və Oxatanlar üçün də müsbət tendensiyalar proqnozlaşdırılır. Şirlər təhsil və səyahətlərlə bağlı yeni imkanlarla qarşılaşa, Oxatanların isə sosial və peşəkar çevrəsində yeniliklər baş verə bilər.

Daha gərgin dövrün isə Xərçəng, Oğlaq və Qoç bürcləri üçün olacağı iddia edilir. Xərçənglər ailə və yaşayış yeri ilə bağlı çətinliklərlə, Oğlaqlar maliyyə məsələləri və ödənişlərdə gecikmələrlə üzləşə bilər. Qoçların isə həm şəxsi, həm də işgüzar tərəfdaşlıqlarında gərgin vəziyyətlərlə qarşılaşa biləcəyi bildirilir.

Jalə