Region

Türkiyədə sərnişin təyyarəsində bomba xəbərdarlığı ilə bağlı 143 nəfər təxliyə edilib

Türkiyədə sərnişin təyyarəsində bomba xəbərdarlığı ilə bağlı 143 nəfər təxliyə edilib

Türkiyənin paytaxtı Ankaradan Şanlıurfaya uçan "AJet" aviaşirkətinə məxsus sərnişin təyyarəsində uçuş zamanı partlayıcı maddənin olması ilə bağlı xəbərdarlıq olunub.

Demokrat.az bu barədə "Haber Global"a istinadən xəbər verir.

Bildirilir ki, təyyarə Şanlıurfa Hava Limanına təhlükəsiz eniş edib və 136 sərnişin və 7 ekipaj üzvünün təhlükəsiz təxliyəsi üçün zəruri tədbirlər görülüb. Ümumilikdə 143 nəfər təyyarədən təxliyə olunub.

Təxliyə başa çatdıqdan sonra təhlükəsizlik qüvvələri təyyarədə partlayıcı maddə ilə bağlı axtarışa başlayıblar.

NE
Nihadə Eyyubova